Namazı yarıda kəsmək

Sual: Qiraətə başlamamışdan və yaxud rukuya tam olaraq əyilməmişdən əvvəl, azan və iqaməni demədiyini xatırlayan şəxsin, azan və iqaməni, yaxud yalnız iqaməni deməsi üçün namazı yarıda kəsməsi caizdirmi?

Cavab: Əgər vaxt genişdirsə, hətta namazı bitirməmişdən əvvəl xatırlayarsa, azan və yaxud iqamə oxumaq üçün namazı kəsmək, müstəhəbdir.

Sual: Namazını yarıda kəsməli olan şəxs, namazı tamamlayarsa, hökmü nədir?

Cavab: Günah etmişdir, amma namazı səhihdir. Hər halda ehtiyat müstəhəb odur ki, namazını yenidən qılsın.

Sual: İnsanın özünü qoruması, yaxud qorunması lazım olan bir şəxsi, ya da hifz etməsi vacib olan bir malı qorumaq, namazı yarıdan kəsmədən mümkün deyilsə, namazı yarıda kəsə bilərmi?

Cavab: Namaz yarıda kəsilməlidir.

Sual: Mala və cana dəyəcək zərərin qarşısını almaq üçün namazı yarıda kəsmək caizdirmi?

Cavab: Mala və cana dəyəcək zərərin qarşısını almaq üçün namazı yarıda kəsməyin maneəsi yoxdur.

Sual: İxtiyarı halda vacib namazı yarıda kəsmək caizdirmi?

Cavab: Vacib ehtiyata əsasən, haramdır.