Namazı batil edən şəklər

Sual: Üç ilə altı və yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər.

Sual: İki ilə beş və yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər.

Sual: Dördrəkəkətli namazda ikinci səcdəyə getməmişdən əvvəl, iki rəkət, yoxsa daha çox qılmaqda şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər.

Sual: Dördrəkətli namazda bir rəkət, yoxsa daha çox qılmaqda şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər.

Sual: Üç rəkətli namazın rəkətlərinin sayında şəkk etmək, namazı batil edərmi?

Cavab: Bəli, batil edər.

Sual: Sübh namazını qılarkən, rəkətlərin sayında şəkk etdim. Vəzifəm nədir?

Cavab: Namazını yenidən qılmalısan. Amma iki rəkətli müstəhəb və ehtiyat namazlarındakı rəkətlərin sayında şəkk etmək, namazı batil etməz.