Niqab taxmaq

Sual: Ehram halında olan qadının həcdə niqab taxması icazəlidirmi?

Cavab: Ehram halında olan qadının üzünü niqabla və ya əba ilə bağlaması icazəli deyil.

Sual: Əgər qadının (ehram halında) başörtüyünün bir hissəsini başından aşağı sallayaraq boğazına qədər üzünü örtməsi, hətta bir vasitə ilə üzündən uzaqlaşdırmayaraq qəsdən üzünə yapışmasına imkan yaratması icazəlidirsə, bununla (ehram halında) qadağan olunmuş yaşmağın və ya niqabın fərqi nədir?

Cavab: Qadının başörtüyü və ya bu kimi bir şeylə yad adamın baxışlarından qorunmaq üçün üzünü örtməsi, icazəlidir. Lakin yad adamın baxmayacağına əminlik olarsa, icazəli deyil. Amma yaşmaq və niqab məhz hədisə əsasən mütləq halda qadağandır.

Sual: Əgər niqab taxmaq hər hansı bir ölkədə təəccübə və bəzən də sorğu-suala səbəb olarsa, “libasuş-şöhrə” hesab olunduğu üçün onun çıxarılması vacibdirmi? (“Libasuş-şöhrə” kişi və ya qadının layiq olmayan, öz cinsinə, vəzifəsinə və ya səviyyəsinə uyğun olmayan halda geydiyi libasa deyilir.)

Cavab: Vacib deyil. Bəli, əgər hər hansı bir ölkədə bütün insanların nəzərində pis hesab olunarsa və qınaq obyektinə çevrilərsə,  həmin ölkədə “libasuş-şöhrə” hesab olunur və orada niqab taxmaq icazəli deyil.

Sual: Qadının ehram, səy və tavaf halında üzünü örtməsi icazəlidirmi?

Cavab: Niqab və bu kimi bir şeylə örtməsi icazəli deyil. Vacib ehtiyata əsasən, mütləq surətdə, hətta üzünün bir hissəsini örtməsi icazəli deyil.

Sual: İndiki zamanda qadınların niqab taxması və əlcək geyinməsi çoxalmışdır. Bu isə kişilərin, qadınların bədən cizgilərinə baxmalarına zəmin yaradır.

Cavab: Əgər hər hansı bir cəmiyyətdə niqab taxmaq və bu kimi məsələlər ümumi olaraq fitnəyə səbəb olarsa, belə geyimlərdən çəkinmək vacibdir.

Sual: Niqab geyinməyin hökmü nədir?

Cavab: Əgər ümumi olaraq fitnəyə və ürfün nəzərində qınağa səbəb olmasa, icazəlidir.