Müsafirin namazı

Sual: Aşağıdakı hallarla üzləşən şəxsin namaz və orucunun hökmü nədir;

1. Cihad fətvasına əsasən, möminlər digər ölkə və şəhərlərdən cihad meydanına gəlirlər, neçə gün orada olacaqlarını bilmirlər (10 gün qalmağı niyyət edə bilmirlər, çünki tez zamanda şəhid də ola bilərlər). Çünki qısa zamanda şəhadətə qovuşmaları mümkündür və ya orada qısa müddət (10 gündən az) qaldıqdan sonra düşmən mövqe dəyişdiyi üçün oranı tərk etməli olan möminlər namazlarını necə qılsınlar (tam, ya qəsr) və həmçinin Ramazan ayının oruclarının hökmü nədir?

2. Şiddətli isti havada düşmənlə cihad üçün möminlər döyüş meydanı gedirlər. Ramazan ayının orucunu tutan halda düşmənlə döyüşmək halsızlıq və taqətsizlik gətirər. Bu halda həmin möminlərin vəzifəsi nədir?
Cavab: Namaz qəsrdir və oruc da tutmaq olmaz. Əgər bir yerdə on gün kamil qalmaq məqsədi olsa və yerdəyişmə ehtimalı da olmasa, bu halda, namazını bütöv qılıb, orucunu da tuta bilər.