Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi

Sual: Mömin şəxsin qeyri-müsəlman ölkəsinə səfər etməsi hansı hallarda icazəli və hansı hallarda haramdır?

Cavab: Mömin şəxs özünün və övladlarının dini inanacında zəiflik və nöqsan yaranamayacağına əmin olarsa, dini yaymaq və təbliğ etmək məqsədi ilə qeyri-müsəlman ölkələrinə səfər etməsi bəyənilir. Həzrət Məhəmməd peyğambər (s) imam Əli (ə)-a belə buyurmuşdu: “”Allahın sənin vasitənlə qullarından birini hidayət etməsi günəşin qərbdə və şərqdə üzərinə işıq saçdığı hər şeydən daha xeyirlidir.”

Həmçinin həzrət Məhəmməd peyğambərin (s) ondan tövsiyə istəyən birinə belə buyurduğu nəql olunur: “Allaha heç nəyi şərik qoşma, insanları İslama dəvət et! Bil ki, dəvətini qəbul edən hər kəsə görə sənə Yəqub (ə) oğulları dəyərində qul azad etmək savabı verilər”.

Mömin şəxs özünün və ailəsinin inancına xələl gəlməyəcəyinə əmin olarsa, qeyri-müsəlman ölkəsinə səfər etməsi icazəlidir.

Müsəlman şəxs özünün və ailəsinin dini ayinləri yerinə yetiriməsinə hər hansı maneənin olmayacağı təqdirdə, qeyri-müsəlman ölkəsində yaşaması icazəlidir.

Şərqdə və qərbdə yerləşməsindən asılı olmayaraq hər hansı qeyri-müsəlman ölkəsinə istər səyahət, ticarət, tədris, müvəqqəti sığınacaq, daimi yaşayış üçün, istəsə də başqa məqsədlər üçün səfər etmək əgər müsəlmanın dininə (inancına və davranışlarına) xələl gətirərsə, haramdır.

Sual: Həyat yoldaşının və həddi-buluğ olmuş uşaqların dini inanclarına xələl gələcəyi bir ölkəyə səfər etmələrinin hökmü nədir?

Cavab: Əgər qadın əri ilə səfərə çıxmasının onun dini inanclarına xələl gətirəcəyinə əmin olarsa, onun əri ilə səfər etməsi haramdır. Həmçinin həddi-buluğa çatmış qız və oğlan uşaqları ataları və ya anaları, yaxud da dostları ilə (qeyri-müsəlman ölkəsinə) səfər edəcəkləri təqdirdə dini inanclarına xələl gələcəyindən əmin olsalar, onların da səfər etmələri haramdır.

Fəqihlərin dini inanclara xələl gəlməsindən məqsədləri məsələn, araq içmək, zina, murdar ət (Allahın adı ilə kəsilməyən heyvan əti) yemək,  murdar qida qəbul etmək kimi başqa haram əməllər kiçik və ya böyük günah iş tutmaq, namaz, oruc, həcc və başqa vacib əməlləri kimi vacib bir əməli tərk etməkdir.

Sual: Qeyri-müsəlman ölkəsinə mühacirət etməyə məcbur olan müsəlmanın hökmü nədir?

Cavab: Əgər zərurət müsəlman bir şəxsin qeyri-müsəlman ölkəsinə mühacirət etməsinə səbəb olarsa, məsələn, canını baş verməsi qəti olan ölümdən qurtarmaq və ya bu kimi əhəmiyyətli bir iş üçün səfər edərsə, bu mühacirətin onun dini inancına xələl gətirəcəyini bilsə də,  zərurət tələb etdiyi qədər səfər etməsi icazəlidir.

Sual: Mühacirətdə yaşayan şəxsin hansı halda müsəlman ölkəsinə qayıtması vacibdir?

Cavab: Qeyri-müsəlman ölkəsində məskunlaşmış müsəlman mühacirin orada qalamasının onun və ya az yaşlı övladının dini inancına xələl gətirdiyini gördükdə geri qayıtması vacibdir. Dini inanca xələl gəlməsi vacib əməlləri tərk etmək və haram əməllər yerinə yetirməkdir. Bir şərtlə ki, onun geri dönməsi öldürüləcəyinə və ya məşəqqətlərə düşəcəyinə səbəb olmasın. (Həmçinin onun dini inanclarına xələl gəlməsi) şəri vəzifənin məsuliyyətini aradan aparan zərurət üzündən olmasın. Məsələn, canını ölümdən qorumaq üçün murdar qidanı qəbul etmək zərurəti kimi.