Müsafir namazı ilə bağlı hökm

Sual: Bakı kiçik şəhər hesab olunur. Bak­ıya tabe olan bir çox qəsəbə və rayonlar ­var. Həmin qəsəbə və ya rayonların eləsi vardır­ ki, biri ilə digəri arasındakı məsafə 22 km.-­dən çoxdur. Məsələn, onlardan biri Əhmədli­ digəri isə Nardarandır. Həmin iki məntəqə arasın­dakı məsafə 23 km.-dən çoxdur. Qeyd olunan məntəqədən digərinə səfər edildikdə namaz­ qəsrdir, yoxsa tamam?
İkinci sual, Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında­kı məsafə ilə bağlıdır. Belə ki, Sumqayıtın qurtaracağından ­Bakının girəcəyi arasındakı məsafəni müəy­yən etmək lazımdır. Bakının Sumqayıta tər­əf axırıncı evi Bakıya tabe olan Binəqədi­nin axırıncı evidir ki, oradan da Sumqayıt ara­sındakı məsafə təqribən 20 km.-dir.

Cavab: Əgər ürfün nəzərində (əhalinin nəzərində) Bakı­ya tabe olan yerlərdirsə, amma Bakı şəhər­i sayılmırlarsa, hesablamalarda Bakı şəhə­ri hesablanmırlar.