Məzalimin qaytarılması

Sual: Birisi mənə “başqasına məxsus haqqın (məzalim) qaytarlması” adı ilə (müəyyən məbləğ) pul verib. Bu məbləğ ehtiyacı olan seyyidə verilməlidir, yoxsa ki, ümumi kütlədən ehtiyacı olan birisinə?

Cavab: Məzalimi haşimilərlə (seyyidlərlə) qeyriləri arasında fərq qoymadan şəri yoxsula — şəriət meyarlarına əsasən yoxsul olan kəsə vermək olar.

Sual: Bir ilin tədarükündən artıq olan məzalimi bir insana bir dəfəyə vermək olarmı?

Cavab: Bu mübahisəlidir, ehtiyata əsasən, bunu tərk etmək (belə etməmək) lazımdır.

Sual: İnsan məzalimi hansı niyyətlə verməlidir?

Cavab: Sahibləri tanımaqdığı, yaxud yetişə bilmədiyi insanlar olub öhdəliyində mövcud olan özgələrinə məxsus haqqlar niyyəti ilə verilməlidir.

Sual: Başqasına məxsus olan haqqı (məzalimi) qaytarmaq üçün ayrılmış pulu paylaşdırıb sədəqə qutularına atmaq olarmı?

Cavab: Bu pulların sərf olunacağı yer dindar kasıblardır. Ehtiyata əsasən də, şəriət hakimin icazəi olmalıdır.

Sual: Başqasına məxsus olan haqqı (məzalimi) qaytarmaq üçün olan pulu mərceyə müraciət etmədən paylamaq olarmı?

Cavab: Lazim ehtiyata əsasən, olmaz.

Sual: Məzalimin miqdarı nə qədərdir? Nə zaman ödənilməlidir, xüms ilində (yəni, ilin xümsün ödənməsi üçün müəyyən olunmuş günündə) ödənilməlidirmi? Dükan sahibi olan şəxs məzalimi ödəməkdə nəyə etimad etməlidir, qazanca, yoxsa ki, məbləğ üçün ayırdığı hər hansı digər bir şeyə?

Cavab: “Məzalimi qaytarmaq” dedikdə məqsəd tanımaqdığı, yaxud yetişə bilmədiyi insanlara aid olub öhtəlik ilə bağlı olan maddi haqqlar nəzərdə tutulur. İnsan onu eyni məbləğdə “başqasına məxsus haqqın (məzalimin) qaytarlması” niyyəti ilə sədəqə verməlidir.