Leş

Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi?

Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır.

Sual: Hansı heyvanların leşi nəcisdir?

Cavab: İstər özü ölmüş olsun, istər də şəriət qaydalarına uyğun şəkildə kəsilməmiş olsun, qanı sıçrayan heyvanın leşi, nəcisdir.

Sual: Balıq suda ölərsə, nəcisdirmi?

Cavab: Balıq qanı sıçrayan heyvan olmadığına görə, suda ölsə də, pakdır.

Sual: Diri canlıdan ət və yaxud ruhu olan əzalar qoparsa, hökmü nədir?

Cavab: İnsan və qanı sıçrayan heyvandan diri ikən ət və yaxud ruhu olan əzası qoparılarsa, nəcisdir.

Sual: İnsanın bədənindən öz-özünə soyulub düşən dəri parçaları nəcisdirmi?

Cavab: Öz-özünə soyulub düşən dodaq və bədənin başqa yerlərinə aid olan dəri parçaları asanlıqla düşərsə və onda ruh olmasa, pakdır.

Sual: Ölmüş toyuğun qarnından çıxan yumurtanın hökmü nədir?

Cavab: Ölmüş toyuğun qarnından çıxan yumurtanın qabığı sərtləşmiş olarsa, pakdır; lakin qabığın üzərini yumaq lazımdır.

Sual: Ot yeməyə başlamamışdan əvvəl ölən quzu və çəpişin qarnından çıxan pendir mayası nəcisdirmi?

Cavab: Ot yeməyə başlamamışdan əvvəl ölən quzu və çəpişin qarnından çıxan pendir mayası, pakdır. Əsasən, maya olmadığı anlaşılarsa, murdar heyvanın bədəninə toxunan hissənin üstü yuyulmalıdır.

Sual: Xarici ölkələrdən gətirilmiş maye dərman, yağ, ayaqqabı boyası və sabun nəcisdirmi?

Cavab: Xarici ölkələrdən gətirilmiş maye dərman, yağ, ayaqqabı boyası və sabunun nəcis olduğuna xatircəmliyi olmasa, pakdır.