Cənabət

Sual: Sperma xaric olduqdan sonra insan, sidiyə çıxmasa və qüsüldən sonra ondan rütubət xaric olarsa, bunun hökmü nədir?

Cavab: Bu halda, xaric olan rütubət, sperma hökmünü daşıyır.

Sual: Adətən qadınlardan ehtiras halında gələn, sperma gəldi deyiləcək qədər olan və paltara da bulaşan mayenin hökmü nədir?

Cavab: Nəcisdir və cənabətə səbəb olar. Həmçinin vacib ehtiyata əsasən, zövq halına çatmamışdan əvvəl və ardınca zövq halına çatdıqdan sonra gələn əlavə maye də, eyni hökmü daşıyır.

Sual: Mazaqlaşarkən və yaxud ehtiraslı fikirlər üzündən qadından gələn rütubətin hökmü nədir?

Cavab: Təmizdir, qüsul vacib etməz və dəstəmazı da pozmaz.

Sual: Xəstə insan, ondan xaric olan rütubətin sperma, sidik və ya başqa bir mayenin olduğunu bilməsə, hökmü nədir?

Cavab: Xəstə insanda, rütubətin atıcılıqla xaric olması və xaric olduqdan sonra bədənin süstləşməsi mühüm deyildir. Belə ki, maye ehtirasla xaric olarsa, sperma hökmündədir.

Sual: İnsan, ondan xaric olan rütubətin sperma, sidik və ya başqa bir mayenin olduğunu bilməsə, hökmü nədir?

Cavab: İnsan, ondan xaric olan rütubətin sperma, sidik və ya başqa bir mayenin olduğunu bilməsə; əgər ehtiras və atıcılıqla xaric olarsa, xaric olduqdan sonra isə bədəndə süstlük yaranarsa, həmin maye sperma hökmünü daşıyır. Xarıx olan rütubətdə bu üç xüsusiyyətdən heç biri və yaxud biri olmasa, sperma hökmündə deyildir.

Sual: İnsan neçə yolla cənabətli olur?

Cavab: 1. Cinsi əlaqədə olmaq.

2. İnsandan, istər yuxuda olsun, istər oyaq halda, istər az olsun, istər çox, istər ixtiyari olsun, istərsə də qeyri-ixtiyari olsun, spermanın xarıc olması. 

Sual: İnsan yuxudan oyandıqdan sonra paltarında nəmlik müşahidə edir. Bu nəmliyin məni olub olmadığını bilməsə, onun hökmü nədir? Ümumiyyətlə yuxuda möhtəlim olan şəxs üçün üç əlaməti (atıcılıq, süstlük və şəhvəti) müəyyən etmək mümkün deyildir. Yuxuda möhtəlim olan şəxs, cənabətli olub-olmadığını necə müəyyən etməlidir?

Cavab: Əgər sperma olduğunu bilirsinizsə cənabət qüslü vacibdir. Şəkk olan halda əgər sperma əlamətləri (xəstə olmayan insanda spermanın əlamətləri şəhvət, təzyiqlə çölə gəlmək və ondan sonra bədənin süstlüyüdür) onda olmasa, qüsl vacib deyil. Belə bir halda yuxu ya da ayıqlıq arasında heç bir fərq yoxdur.