Böyük oğul

Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi?

Cavab: Xeyr, vacib deyildir.

Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ağıllı olduğu zaman, atasının qəza namazlarını qılmalıdırmı?

Cavab: Vacib deyildir.

Sual: Qəza namazları olan şəxs, atasının və anasının da qəza namazlarını qılmaq istəsə, hansını əvvəl yerinə yetirməlidir?

Cavab: Hansını qılsa, doğrudur.

Sual: Böyük oğul anasının qəza namazlarını qılmaq istəsə, həmin namazları ucadan yoxsa səssiz qılmalıdır?

Cavab: Bu halda, öz təklifinə əsasən, əməl etməlidir. Belə ki, anasının sübh, şam və xiftən namazlarının qəzasını ucadan qılmalıdır.

Sual: Ölən şəxs, qəza namazlarının qılınması üçün əcir (müzd müqabilində naib) tutulmasını vəsiyət edərsə, qəza namazlarını qılmaq böyük oğula yenə də vacib olarmı?

Cavab: Ölən şəxs, qəza namazlarının qılınması üçün əcir tutlmasını vəsiyət edərsə və atanın da vəsiyəti keçərli olarsa, bu halda, böyük oğula həmin namazların qəzasını qılmaq vacib olmaz.

Sual: Böyük oğul atasının qəza namazı olduğunu bilir; lakin atasının həmin namazları qılıb I qılmadığına şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Vacib ehtiyata əsasən, həmin namazların qəzasını qılmalıdır.

Sual: Böyük oğul, atasının qəza namazının olub – olmamasında şəkk edərsə, vəzifəsi nədir?

Cavab: Ona bir şey vacib olmaz.

Sual: Böyük oğula, ananın qəza namazlarını da qılmaq vacibdirmi?

Cavab: Ananın qəza namazlarını qılmaq böyük oğula vacib deyildir. Lakin onları qılması daha yaxşıdır.

Sual: Ata namazını qılmamış olarsa, böyük oğula həmin namazların qəzasını qılması vacibdirmi?

Cavab: Əgər ata, Allahın əmrinə itaətsizlik üzündən tərk etməyib qəza edə biləcək halda olubsa, vacib ehtiyata əsasən, böyük oğul həmin namazların ya qəzasını qılmalı, ya da başqasını bu iş üçün əcir tutmalıdır.