Namazda qiyam

Sual: Qiyam halında (ayaq üstə) “təkbirətul-ehram” (yəni, Allahu əkbər) dedikdən sonra çətinlik çəkərək oturan, lakin stulda əyləşərsə, ikinci rükət üçün qiyam edə bilən şəxsə stulda əyləşərək namaz qılmaq vacibdirmi?

Cavab: Əgər qiyam halında “təkbir” deməklə oturulu halda “təkbir” deyib ruku üçün qiyam etmək (ayaq üstə durmaq) arasında seçim etmək gərəkərsə, ikincini seçməlidir. (Yəni oturulu halda təkbir deməli, ruku etdikdə isə ayağa qalxıb ruku etməlidir).

Sual: Bir şəxs xəstəlik və ya qocalıq üzündən divara söykənmədən tam ayaqüstə durub namaz qıla bilimirsə, belə namaz qilması düzgündürmü?

Cavab: Bəli, düzgündür.

Sual: Qiyam halında və ya bəzi surələri tilavət edərkən həriflərin məxrəcindən düzgün tələffüz olunmasına həddindən çox əhəmiyyət verdiyi üçün bədənin titrəməsi namazda vacib olan aramlıq halının pozulmasına səbəb olurmu?

Cavab: Qiraət halında yalnız başın titrəməsi namazda etibarlı hesab olunan aramlıq halına zərər gətirməz. Bədəninin digər üzvlərinin titrəməsi isə sükunəti pozur.

Sual: Payız, qış və yaz fəsillərində allergiyası olan şəxs namazda oturub qalxanda bədənin bütün hissəsində geyişmə başlayır və namazını davam etdirə bilməyərək həmin yerləri qaşımağa başlayır. Buna görə də oturulu halda namazını tamamlamağa məcbur olur, yaxud da namazını kəsib bədəninin həmin nahiyələrini su ilə isladır. Belə olan halda o, nə etməlidir? Namazı oturulu halda tamamlamaq yetərlidirmi, yoxsa namazı kəsib yenidən qılmalıdır?

Cavab: Əgər namazını qiyam halında qılmasına yetəcək qədər qeyd olunan halın baş vermədiyi bir müddət varsa və ya həmin hal baş verdikdə namaza müxalif əməl etmədən (şərtlərini  pozmadan) namaz əsnasında bədənin su ilə islatmağa imkanı olarsa, ayaq üstə namaz qılmaq vacibdir. Qiyam və oturulu halda (bir hissəsini ayaqüstə və bir hissəsini oturulu halda qılınan) namaz yetərli deyil. Bundan başqa hallarda isə namazını oturulu halda tamamlamasının heç bir maneəsi yoxdu.

Sual: Namazda qiyamın müstəhəb əməlləri hansılardı?

Cavab: Çiyinləri aşağı salmaq, əlləri – sağ əli sağ diz istiqamətində, sol əli sol dizin istiqamətində –  budların üzərinə qoymaq, əl barmaqlarını bir-birinə sıxmaq, səcdə etdiyi yerə baxmaq, ayaqlarının ucları qiblə istiqamətində olaraq yanbayan qoymaq, bədəninin ağırlığını hər iki ayaqlara eyni dərəcədə salmaq, “xüzu” və “xüşu” (mütilik) halında olmaq. Həqiqətən də bu, uca Allahın qarşısında zəlil bəndə duruşudur.

Sual: Namaz əsnasında ayağa qalxarkən bəzən “bihaulillahi və quvvatihi əqumu və əqudu” deyirəm, bu, icazəlidirmi?

Cavab: “Bihaulillahi və quvvatihi əqumu və əqudu” demək doğrudur. Bu, müstəhəbdir və tərk olunması icazəlidir.

Sual: Namaz əsnasında qalxıb oturarkən divar və bu kimi bir əşyaya söykənmək icazəlidirmi?

Cavab: Tərk etmək daha yaxşıdır.

Sual: Namaz əsnasında oturub qalxarkən deyilən müstəhəb “təkbir” hərəkət edərkən, yoxsa sükunət halında deyilməlidir?

Cavab: Ruku edərkən, səcdəyə əyilərkən və ya iki səcdə arasındakı kimi deyilən məxsusi “təkbir” sükunət halında olmalıdır. Bəli, mütləq zikrdə bu əsas deyil.

Sual: Qiyam halında düz dayanmaq vacibdirmi?

Cavab: Qiyam halında imkan daxilində düz dayanmaq vacibdir. Əgər əyri və ya iki tərəfdən birinə meyilli dayanarsa namaz batil olar. Amma başı aşağı əyməyin maneəsi yoxdu. Baxmayaraq ki, boynu düz tutmaq müstəhəb ehtiyatdır. Həmçinin ürfün nəzərində ayaq üstə dayanmaq sayılmayacaq qədər ayaqlarını həddindən artıq aralı qoymamalıdır. Hətta (ürfün nəzərində qiyam) hesab olunsa belə, vacib ehtiyata əsasən, ayaqlarını aralı qoymasın. Qiyam halında qaçmaq və addımlamaq mənasının əksi olan sabit dayanmaq vacibdir. Aramlıq mənasında sükunətin olması isə vacib ehtiyata əsasəndir. Vacib ehtiyat əsasən, qiyam halında iki ayaq üstə dayanmaq lazımdır. Ayaqlardan birinin, ayaq barmaqlarının və ya dabanların üzərində dayanmmalıdır. Həmçinin vacib ehtiyata əsasən, qiyam halında tərk etmək mümkün olduğu halda əsaya, divara və ya başqa bir insana söykənməməlidir. Əgər bir şeyə söykənərək qiyam halında və ya oturulu halda namaz qılmaq arasında seçim etmək gərəkərsə, birinci hal vacibdir.

Sual: Ruku etmək üçün əyilərkən səhv olaraq səcdə üçün əyilən şəxs nə etməlidir?

Cavab: Əgər qiyam halından ruku etmək üçün əyilərkən səhv olaraq səcdə üçün əyilərsə; əgər ruku deyiləcək haldan sonra səhv edərsə, belə ki, bir qədər ruku halında olub sonra qəflət üzündən səcdəyə əyilib ruku halından çıxarsa, namazı doğrudur. Əgər səcdələri etmədən əvvəl səhvini xatirlayarsa, müstəhəb ehtiyata əsasən, dikəlib sonra səcdələri yerinə yetrimək üçün əyilsin. Əks təqdirdə (səcdə etdikdən sonra xatırlayarsa), namazını davam etdirməlidir. Əlbəttə, ikinci səcdəyə başlamamışdan əvvəl (səhv etdiyini) xatırlayarsa, namazı tamamladıqdan sonra yenidən qılması müstəhəb ehtiyatdır.