Ayın əvvəlinin sübut olunması yolları

Məsələ 1: Ayın əvvəli dörd yolla sübut olunur:

1. İnsan özü ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin “ayı gördük” – deməsi ilə və ya yəqinlik yaxud əqli mənşəyi olan xatir­cəm­lik ha­sil olan hər hansı bir məlumatla.

3. İki ədalətli kişinin, “gecə ayı gördük” – deməsi ilə; amma ayın sifətini bir-birinə əks deyərlərsə, ayın əvvəli sübut olunmaz. Həmçinin insan onların səhvə yol verdiyinə yəqin edərsə ya xatircəm olarsa və ya onların verdiyi şəhadətin bir-birinə zidd (yaxud bir-birinə zidd hökmündə) olarsa, ayın əv­və­li sübut olunmaz, məsələn, əgər şəhər əhalisinin çox hissəsi ayı görmək üçün bax­dıqları halda iki ədalətli kişidən başqa heç bir kimsə ayı gördüyünü iddia edər­sə, başqaları isə görməsə, belə ki, ayın yerini bilmək və iti görmək və di­gər xüsusiyyətlərdə birinci iki ədalətli şəxs kimi olan iki ayrı ədalətli şəxs on­ların arasında olarsa, hava da açıq-aydın olarsa, həmin iki nəfərin gör­mə­si­nə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər əda­lət­li şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şaban ayının əvvəlindən otuz gün keçərsə, Ramazan ayının əvvəli sü­but olunur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayı­nın əvvəli sübut olunur.

Məsələ 2: Şəriət hakiminin hökmü ilə ayın əvvəli sübut edilməz. Amma onun hökmündən və ya ayın (əvvəli) olmasının sübut edilməsi ilə ayın görünməsinə xatircəmlik hasil olsa, (ayın əvvəli sübut olunar).

Məsələ 3: Ayın əvvəli astronomların deməyi ilə sübut olunmur, am­ma insan onların dediklərindən yəqinlik hasil edərsə yaxud əmin olarsa, on­la­rın sözünə əməl etməlidir.

Məsələ 4: Ayın yüksəkdə olması və ya gec batması əvvəlki gecənin ayın ilk gecəsi olmasına dəlil deyil. Həmçinin ayın kənarda şəfəqin görün­mə­si ayın ikinci gecəsi olmasına dəlil deyildir.

Məsələ 5: Əgər bir şəxsə Ramazan ayı sübut olunmadığı üçün oruc tutmasa və sonradan əvvəlki gecənin ayın əvvəli olduğunu anlayarsa, həmin gü­nün orucunu qəza etməlidir.

Məsələ 6: Əgər bir şəhərdə ayın əvvəli sübut olunsa, bu, üfüqü hə­min şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün müş­tə­rək­li­yin­dən məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bu­lud kimi maneə olmasa, görünəcəkdir. Bu da o zaman gerçəkləşir ki, ikin­ci şəhər birinci şəhərin qərbində yerləşərsə, en xətt üzrə ona yaxın olsun. Əgər onun şərqində yerləşərsə, en xəttinin yaxınlığı ilə yanaşı per­pen­di­kul­yar xətt üzrə də çox fərq olmasın.

Məsələ 7: Ramazan ayının sonuncu günü, yoxsa Şəvval ayının birin­ci günü olduğunu bilməyən şəxs, oruc tutmalıdır. Amma gün ərzində Şəvval ayı­nın birinci günü anlayarsa, orucunu açmalıdır.

Məsələ 8: Əgər həbsdə olan şəxs Ramazan ayı olmasını yəqin edə bil­məsə, gümanına əməl etməlidir. Amma daha güclü güman əldə edə bilsə, zəif gümana əməl edə bilməz. Ən güclü ehtimalı əldə etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər heç bir yolla mümkün olmasa, ehtimalın qüv­vət­lən­mə­sinə səbəb olarsa, püşkdən ən son çıxış yolu kimi istifadə etməlidir. Əgər gü­mana əməl etmək mümkün deyilsə, Ramazan ayı olduğunu ehtimal edib bir ayı oruc tutmalıdır. Amma həmin ayı nəzərində saxlamalıdır ki, əgər son­ra­dan onun Ramazan ayından sonrakı ay məlum olarsa, ona bir şey vacib ol­maz. Amma Ramazan ayından əvvəl olduğu məlum olarsa, Ramazan ayının oruc­larının qəzasını tutmalıdır.