Banklara əmanət (pul) qoymaq

Sual: Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan qeyri-hökumət banklarına pul qoymaq icazəlidirmi?

Cavab:  Faiz  gəlirindən qazanc  əldə etmək şərti olmadan  qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidir. Belə ki, borc bankdan  faiz gəlirinin tələb olunması məqsədi daşımamalıdır. Amma bank ona  faiz gəliri verməyəcəyi təqdirdə heç nə tələb etməyəcəyi niyyətində olması yetərli deyil.  Çünki faiz gəliri şərti olmadan da faiz qazancını tələb etmək olar. Həmçinin faiz gəliri tələb olunmaması ilə yanaşı faiz gəliri əldə etmək  şərtinin olması mümkündür. Bunlar (faiz gəliri və belə bir gəliri tələb etməmək) bir-birindən  fərqli məsələlərdir.

Sual: Fazi  gəlirindən qazanc  əldə etmək  şərti ilə qeyri-hökumət banklarına borc vermək anlamında pul qoymaq icazəlidirmi?

Cavab:  Fazi  gəlirindən qazanc  əldə etmək şərti ilə şəxsi banklara borc vermək anlamında pul qoymaq icazəli deyil.  Əgər belə edərsə, əmanət qoymaq düzgün, şərt isə batildir. Əgər bank ona  faiz gəliri verərsə həmin məbləğ onun mülkiyyətinə daxil olmaz. Lakin məbləğin əsil sahiblərinin razılığından əmin olarsa, hətta onların qazanc şərtinin batil olmasını və şəriət baxımından əlavə qazanca haqqı çatmadığını bilsələr də həmin məbləğdən istifadə etməsi icazəlidir. Necə ki, adətən belədir. 

Sual:  Faiz  gəlirindən qazanc  əldə etmək şərti ilə hökumət banklarına pul qoymaq icazəlidirmi?

Cavab: Fazi  gəlirindən qazanc  əldə etmək şərti ilə hökümət banklarına borc vermək anlamında pul qoymaq icazəli deyil. Çünki bu, sələmdir. Belə banklara pul əmanəti qoymaq, hətta faiz gəliri şərti olmadan olsa belə, şəriətə əsasən malı tələf etmək deməkdir. Çünki bankdan geri aldığı mal bankın pulu deyil. Mülkiyyətçisi məchul olan mal hökmündədir. Buna əsasən də, bir şəxsin  hökumət banklarından  il ərzində əldə olunan qazancı xümsü çıxarılmadan əvvəl əmanət qoyması  (halallıq baxımından) şübhəlidir. Çünki ona bu maldan xərclərinə sərf etmək üçün icazə verilir, amma tələf etməsinə icazə verilmir. Əgər tələf edərsə, mal sahibləri qarşısında  zamindir. Bu, şəriət hakiminin izni olmadan əmanət qoyduqda və banka əmanət qoyulmuş malı xəzinəsində olan mal ilə  əvəz olunmasına icazə vermədiyi haldadır. Amma belə bir icazə olarsa – necə ki, biz tərəfimizdən bütün möminlərə belə bir icazə vermişik – əmanət  qoymaq düzgündür və qeyri-hökumət banklarının barəsindəki hökmlər burada da tətbiq olunur. Bankın öz qanunlarına əsasən verdiyi faiz  gəlirinə gəlincə, əmanətçilərə həmin məbləğin yarısından istifadə edib digər yarısını isə fəqir dindarlara sədəqə olaraq paylamalarına icazə vermişik.

Sual: Qeyri-müsəlmanların maliyələşdirdiyi hökümət və ya qeyri-hökümət banklarına əmanət qoymaq icazəlidirmi?

Cavab: Qeyri-müsəlmanların maliyələşdirdiyi hökümət və ya qeyri-hökümət banklarına faiz qəliri əldə etmək üçün əmanət qoymaq icazəlidir. Çünki onlardan sələm almaq icazəlidir.

Sual: Qərbdə yaşayan insan çox rahatlıqla böyük və kiçik faiz gəliri olan müxtəlif bank hesabları aça bilər. Böyük faiz gəliri olan hesablar açmaq icazəlidirmi? Bu şərtlə ki, bank əlavə faiz gəlirləri vermədikdə bankdan belə tələb də olmayacaq. Əgər bu, icazəli deyilsə, belə hesab açmağı halal edən bir yol varmı? Məlumdur ki, bu cür hesab açan şəxsin məqsədi mənfəət əldə etməkdir.

Cavab: Onun bankda hesab açmağa haqqı çatır. Əgər bank qeyri-müsəlman əhali və ya hökümət tərəfindən maliyələşdirilirsə mənfəət əldə etmək şərti ilə hesab açmaq icazəlidir.

Sual: “İslam dövlətlərinin banklarına  fazi gəlirləri əldə etmək şərti ilə əmanət qoymaq icazəli deyil”. Burada şərt dedikdə nə nəzərdə tutursunuz?

Cavab: Şərt dedikdə, qoyulan əmanətin bankdan faiz gəlirinin tələb olunması məqsədi daşımamasıdır. Amma faiz gəliri qazancını tələb etməklə yanaşı  belə bir şərtin olmaması, həmçinin faiz gəliri tələb olunmaması ilə yanaşı gəlir şərtinin olması da mümkündür. Bunlar (faiz gəliri və belə bir gəliri tələb etməmək) bir-birindən  fərqli məsələlərdir.

Sual:  Bankdan faiz gəliri tələb etməsəm də mənə əmanətin faiz gəlirləri verəcəyini bildiyim halda həmin bankda sabit hesabda (depozit olmayan və faiz mənfəəti verilməyən hesab) əmanət qoymaq icazəlidirmi?

Cavab: Faiz gəliri əldə etmək şərti kəsmədiyin təqdirdə, icazəlidir.

Sual: Xarici və yerli banklarda əmanət qoyulmuş məbləğ heç bir şərt olmadan bir il müddətində  dondurulur. Əvvəlcədən bilirik ki, bank təqribən 10% və daha çox  faiz gəliri təyin edir. Məbləğ çox olduqca təyin olunan faiz gəlirləri də daha çox olur. Hətta bəzən məbləğin 14%- ə qədər yüksələ bilir. Xahiş edirik bu barədə rəyini bizə bildirəsiniz.

Cavab: Əgər bankın sərmayə kapitalı qeyri-müsəlmanlara aiddirsə, hətta faiz gəliri əldə etmək məqsədi ilə ora əmanət qoymaq icazəlidir və faiz gəliri  əmanətçiyə halaldır. Amma bankın sərmayə kapitalı müsəlmanlara aiddirsə və ya müsəlmanlarla qeyri-müsəlmanlar sərmayədə müştərəkdirlərsə, faiz gəliri əldə etmək şərti olmadan orada pul əmanəti qoymaq icazəlidir. Əmanətçinin əmanət qoyduğuna görə bank tərəfindən ona faiz gəliri veriləcəyini əvvəlcədən bilməsinin heç bir maneəsi yoxdur. Əgər bankın verdiyi faiz gəlirlərini  alarsa, yarısından istifadə edib digər yarısını isə dini qanun-qaydalarına əməl edən fəqirlərə paylaması icazəlidir.

Sual: Həddi-buluğa çatmamış yetim uşaqların pulunu hökümət  və ya qeyri-hökümət yaxud müştərək banklara qoymaq icazəlidirmi? Məlumdur ki, bank qoyulmuş əmanətə görə faiz gəliri verir. Lakin əmanətçi bank ona faiz gəliri vermədiyi təqdirdə, faiz gəliri tələb etməyəcək.

Cavab: Faiz gəliri əldə etmək şərti olmadığı təqdirdə, əmanət qoymaq icazəlidir. Qəyyum hökümət və ya müştərək bank tərəfindən verilən faiz gəlirinin  yarısını fəqirlərə sədəqə verib, digər yarısını isə azyaşlı yetimlər üçün götürməsi icazəlidir. Qeyri-hökümət bankları tərəfindən verilən faiz gəlirlərinə gəlincə, qəyyum bank əmanətçilərinin razılığına əmin olduğu halda,  hətta azyaşlı yetimlərin şəriət baxımından həmin gəlirlərə haqqı çatmadığı təqdirdə belə, onların xeyri üçün sərf etməsi icazəlidir.

Sual: Qərb ölkələrində banklar ev almaq üçün kifayət qədər vəsaiti olmayanlara borc verir, sonra ödəməni yüksək faizlə müəyyən müddətə bölür. Bu kredit növü  morkic (daşınmaz əmlakın ipoteka yolu ilə almaq üçün verilən kredit) adlanır. Müsəlman  şəxsin belə kredit növündən yararlanması icazəlidirmi?  Əgər icazəli deyilsə, yaşayış üçün ev almağa ehtiyacı olduğunu iddia edən və kifayət qədər vəsaiti olmayan şəxs  üçün bir çıxış yolu varmı?

Cavab: Qeyri-müsəlmanların maliyələşdirdiyi hökümət və ya qeyri-hökümət banklarından pul götürmək borc almaq deyil, istinqaz niyyi ilə icazəlidir. Pul götürən  şəxsin bankın ondan kredit  məbləği və faiz  gəlirini tələb edəcəyini bilməsinin heç bir  maneəsi yoxdur.

Sual: Mən faiz gəlirləri  əldə etmək üçün  banka müəyyən məbləğdə pul qoymuşam. Həmin bank hökümət deyil, qeyri-hökümət bankıdır.  Bank müəyyən əmanətlər üçün püşkatma keçirir. Əgər mən qazansam bankın verdiyi mükafat mənə halaldırmı?

Cavab: “Minhacus-salihin” kitabının birinci cild, “İbadətlər” bölümünün yeni məsələlər hissəsində “Bankların verdiyi mükafatlar”  ünvanı altındakı mətni oxumağınızı xahiş edirik.

Məsələ 24: Bankın püşkatma ilə mükafat verməsi icazəlidirmi?  Bu sualın cavabı aşağıdakı təfsilatı tələb edir.

Əgər bank əmanətçilərin banka əmanət qoyduqları vaxt belə bir  şərt kəsmələri nəticəsində deyil, bankda əmanətçilərin sayını artırmaq, insanları hesab açmağa həvəsləndirilməsi və təşviq edilməsi məqsədilə mükafat verirsə, bu iş icazəlidir. Bu halda püşkatma nəticəsində mükafat əldə edən şəxs, əgər bank hökümətə məxsus və ya İslam ölkəsində  müştərək bank olarsa  şəriət hakiminin izni olduqdan sonra ondan istifadə etmək olar. Əgər bank qeyri-hökümət bankıdırsa, şəriət hakiminin izninə ehtiyac olmadan mükafatı alıb ondan istifadə etmək icazəlidir. Amma bank püşkatma və mükafat verməyi əmanət müqaviləsində əmanətçilərin qoyduğu şərtə əsasən həyata keçirirsə,  bu, icazəli deyil. Həmçinin püşkatma nəticəsində adı çıxan şəxsin bu şərtə əsasən mükafatı alması da icazəli deyil. Belə bir şərt olmadıqda isə, icazəlidir.