Alış-verişdə beh vermək

Sual: Birinci dəfə həccə getmək üçün müstəti olmuşam. Həcc ziyarətini təşkil edən şirkətə beh vermək lazım idi. Həmin ərəfədə maddi durumumda çətin vəziyyət yarandığı üçün pulum kifayət etmədi. Bundan əvvəl atam mənə yardım təklifi etmişdi, amma mən qəbul etməmişdim. İndi kifayət etməyən məbləği ödəmək üçün atamdan 300 dinar pul aldım. Atamın mənə verdiyi məbləğ borc deyil, hədiyyədir. Amma qayıtdıqdan sonra mən həmin məbləği ona qaytaracağam. Belə olduğu halda (mənim həccimin) hökmü nədir?

Cavab: Əgər atan pulu sənə təmənnasız veribsə və həmin məbləğ sənin öhdəndə borc deyilsə, sən müstəti sayılırsan.

Sual: Avtomobil alarkən satıcıya beh verib qalan məbləği ödəmək üçün bir həftə möhlət istədim. Lakin bir həftə sonra qalan məbləği ödəmədim və bir neçə ay keçdi. Satıcının avtomobili başqasına satıb verdiyim behi mənə qaytarmağa və ya gecikmə müqabilində behi mənimsəməyə haqqı varmı? Çünki bir həftə ərzində məbləği ödəsəydim şərtə əməl edərək avtomabili başqasına satmazdı. Həmçinin o, şərtə əsasən avtomobili iş üçün istifadə etməməli idi. Şərt kəsdiyimiz müddət ərzində avtomobildən (taksi kimi gəlir gətirəcək işdə) istifadə etməsinə razı olmamaqla ona təzminat ödəməliyəmmi?

Cavab: Qalan məbləği ödəməyi gecikdirdiyin üçün müamiləni pozmağa onun haqqı var. Əgər aranızda beh barədə bir şərt olmayıbsa, behi də mənimsəməyə haqqı var. Bununla yanaşı həmin müddət ərzində avtomobildən istifadə etmədiyi üçün səndən hər hansı bir təzminat istəməyə haqqı yoxdur.

Sual: Müştərinin malı təhvil almadan əvvəl ödədiyi behi müştəri alış-verişdən imtina etdiyi təqdirdə satıcının mənimsəməsi icazəlidirmi?

Cavab: Əgər beh onların arasında olan alış-verişin real qiymətinə daxildirsə, bu, müştərinin (alış-verişdən imtina etməklə) satıcının anlaşmanı pozmasını və behə sahib olmasını şərtləşdiyi deməkdir. Bu haqqın tələbinə əsasən müştərinin verdiyi sözə əməl etməsi vacibdir.

Sual: Bir şəxə 5100 dirhəm beh verərək alış-veriş üçün müəyyən malı hazırlaması barədə razılığa gəldik. Bir müddətdən sonra bazarda həmin malın dəyəri yüksəldi. Satıcının razılaşmamızı yerinə yetirməyə imkanı olmadığı üçün ona verdiyim behin əvəzi olaraq mənə 6000 dirəm məbləğində pul qaytardı. Bu mabləğin artıq hissəsi barədə şəriətin hökmü nədir?

Cavab: Anlaşmanın pozulması müqabilində həmin məbləği sənə verməsi icazəlidir. Məlumunuz olsun ki, aranızdakı anlaşma verdiyiniz mal miqdarında doğru hesab olunur.