Su içməyin qaydası
Sual: Su içməyin müəyyən qaydası varmı?
Cavab: Su içməyin bir neçə qaydası vardır:
- Suyu soraraq içmək
- Gündüz vaxtı ayaqüstə olduğu halda su içmək.
- Su içməzdən əvvəl “Bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək.
- Suyu üç dəfəyə (qurtumla) içmək.
- Suyu rəğbətlə və ləzzət alaraq içmək.
- Su içdikdən sonra İmam Hüseyni (ə) və onun əhli-beytini (ə) xatırlamaq və qatillərinə lənət demək.
- Çox su içməmək.
- Gecə vaxtı ayaqüstə olduğu halda su içməmək.
- Bardağın çat və qulp olan yerindən su içməmək.
- Yağlı yeməkdən sonra birbaşa su içməmək.
- Sol əllə su içməmək.