Dini mərcəiyyət “Ulvətu cəmilə” məntəqəsindəki partlayışı qınadı

Dini mərcəiyyət paytaxt Bağdadın şərqində yerləşən “Ulvətu cəmilə” məntəqəsindəki partlayışı “iyrənc təriqətçi cinayət” adlandıraraq İŞİD terrorçularının törətdikləri cinayətlərin İraq xalqının iradəsini əsla qırmayacağını vurğulayıb.

Dini mərcəiyyətin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayi, Kərbəla şəhərində qılınan “Cümə” namazının xütbəsində demişdir: “Terrorçular dünən “Ulvətu cəmilə” məntəqəsində avtomobilə yerləşdirilmiş partlayıcı cihazı işə salmaqla yüzlərlə mülki və günahsız insanın ölümü və yaralanması ilə nəticələnən partlayış törətmişlər. İŞİD öyünə-öyünə törətdiyi bu iyrənc təriqətçi cinayətlə, uğradığı məğlubiyyətlərə görə İraq xalqından intiqam alır.”

Şeyx Əbdülmehdi Kərbəlayi deyib: “Vəhşicəsinə törədilmiş bu cür cinayətlər İraq xalqının iradəsini əsla qırmayacaq. Əslində bu cinayətlər, son qələbənin gerçəkləşəcəyinə olan inamı daha da artırır.”

Dini mərcəiyyət Baş Nazir Heydər əl-İbadinin elan etdiyi son islahatları alqışlayaraq məhkəmə sistemində islahatlar aparmadan bunun heç bir faydasının olmayacağını bildirib. O, islahatları əngəlləyənlərə qarşı xalqın uyğun mövqeyinin olacağı ilə bağlı xəbərdarlıq edib.

Mərcəiyyət nümayəndəsi deyib: “Baş Nazir bir neçə gün əvvəl dövlət müəssisələrində islahatların aparılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı qərarların qəbul olunduğunu açıqlayıb. Biz bunu dəyərləndirir və qərarların icra olunacağına ümid edirik.”

Şeyx Kərbəlayi sözünün davamında deyib: “İslahat prosesi, ilk növbədə məhkəmə sistemində islahatların aparılmasını tələb edir. Çünki məhkəmə sistemində islahatlar aparmadan bunun heç bir faydası yoxdur.” Sonra o, əlləri korrupsiyaya bulaşmamış şərəfli məhkəmə işçilərinə, digər dövlət müəssisələrində islahatlar aparmaları üçün etimad edilməsinə çağırış edib.

Mərcəiyyət nümayəndəsi bildirib ki, keçmiş qərarlarda korrupsiyaya yol açan məqamlar var. O, həm hökümətdən, həm də parlamentdən maraqlara uyğun olaraq həmin qərarlara, onların ləğv olunması və tənzimlənməsi üçün yenidən baxılmasını istəyib.

Şeyx Əbdülkərim Kərbəlayi sözünün sonunda deyib: “Burada elə qanunların işlənib hazırlanmasına ehtiyac var ki, onlarsız islahat aparmaq faydasızdır. Həmin qanunların ən əhəmiyyətlisi dövlət qulluqçularının tutduqları vəzifənin təsnifatına uyğun əmək haqlarının tənzimlənməsi ilə bağlıdır. Dövlət qulluqçularının tutduqları vəzifənin təsnifatına uyğun əmək haqlarının tənzimlənməsi ilə sosial ədalət prinsipinə riayət olunar.”