İraqdakı dini mərcəiyyət məhkəmə orqanlarını təqib etməyə çağırdı

İraqdakı dinin mərcəiyyət – bu cümə (04.08.2015) – yenidən məhkəmə orqanlarını və “Korrupsiyaya qarşı mübarizə idarəsi”-ni korrupsionerləri təqib edib onların ələ keçirdikləri əmlakın geri qaytarılmasına çağırış edib. O, informasiya xarakterli və ritorik reformalarla razılaşmağın qənaətbəxş olmadığını vurğulayıb.

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistaninin nümayəndəsi Seyid Əhməd Safi Kərbəla şəhərində yerləşən imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının ikinci xütbəsində deyib: “İraq dövlətinin müxtəlif orqan və müəssisələrində məcburi və zəruri reformaların aparılmasına ehtiyac var. Hamı bilir və etiraf edir ki, xalqımızın üzləşdiyi böyük problemlər getdikcə dərinləşən korrupsiyanın nəticəsidir.”

Seyid Safi sözünün davamında deyib: “Məmurların bizim reformalar aparmaq üçün etdiyimiz çağırışlarla razılaşmaları, onların həmin reformaları ritorika və informasiya xatirinə dəstəkləmələri  kifayət etmir. Əksinə, hər kəs öz sahəsində gərəkən reformaların həyata keçirilməsi üçün ciddi səhdlə çalışmalıdır.” Sonra o, deyib: “Məmurun qanuni səlahiyyəti nə olursa olsun o, təkbaşına gərəkən reformaları həyata keçirə bilməz. Bunun üçün digər dövlət qurumları da onunla əməkdaşlıq etməlidir.”

Seyid Safi məhkəmə orqanlarını və “Korrupsiyaya qarşı mübarizə idarəsi”-ni korrupsiyanın başında dayanaraq İraq xalqının hesabina varlananların məsuliyyətə cəlb olunmaları üçün hərəkətə keçməyə və onların ələ keçirdikləri əmlakı geri almalarına çağırış edib. O, bunu reform və korrupsiyaya qarşı mübarizə yolunda atılan mühüm addım adlandırıb.