Dini mərcəiyyət son partlayışları pisləyərək kəşfiyyatın inkşaf etdirilməsi üçün çağırış edib

Dini mərcəiyyət paytaxt Bağdadın yaxınlığında yerləşən məntəqələrdə ciddi fəsadlarla nəticələnən son partlayışları pisləyərək kəşfiyyatın inkşaf etdirilməsi üçün çağırış etmiş, silahlı qüvvələr, səfərbər xalq və əşirətlərdən təşəkkül tapmış döyüşçülərin dəstəklənməsinin zəruriliyini vurğulamışdır.

Mərcəiyyət nümayəndəsi Seyid Əhməd Safi Kərbəla şəhərində yerləşən imam Hüseynin (ə) mübarək hərəmində qılınan “Cümə” namazının xütbəsində deyib: “Biz paytaxt Bağdadın yaxınlığında yerləşən məntəqlərdə ciddi fəsadlarla nəticələnən İŞİD- in törətdiyi son terrorçu partlayışları pisləyir, şəhidlərin ruhuna rəhmət diləyir və təhlükəsizlik orqanlarını, xüsusilə bu cür neqativ halların qarşısını almaq üçün kəşfiyyat sahəsini inkşaf etdirməyə və təhlükəsizlik tədbirlərini daha da gücləndirməyə səsləyirik.”

Seyid Safi İraq hökümətini cəbhə bölgələrində savaşan təhlükəsizlik qüvvələri, könüllülər və əşirətlərdən olan qəhrəman döyüşçüləri mümkün vasitələrlə dəstəkləməyə çağırıb. O, qeyd edib ki, həmin döyüşçülər terrorçulara qarşı mübarizədə canlarını və qanlarını fəda edirlər.

Paytaxt Bağdad - 17 Sentyabr 2015 ci il tarixində - mərkəzdə yerləşən iki məntəqədə törədilmiş intiharçı partlayışların şahidi oldu. İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bu iki partlayış onlarla günahsız vətəndaşı qurbanına çevirdi.

Həmçinin dini mərcəiyyət İraq hökümətini ölkənin maliyyə və iqtisadi problemlərlə üzləşdiyi bir vaxtda özəl sektora diqqət ayırmağa, onu inkşaf etdirib dəstəkləməyə çağırıb.

O, “vaxtdan istifadə etmək mədəniyyəti”- nin təbliğ olunmasının və bunda ifrata yol verən “məmurlar”- ın cəzalanmasının zəruriliyini vurğulayıb.

Mərcəiyyət nümayəndəsi Seyid Əhməd Safi deyib: “Dövlət ölkənin üzləşdiyi iqtisadi və maliyyə problemlərinin nəticəsində bir çox maliyyə öhdəlikləri ilə yüklənib. Vəziyyətin tezliklə yaxşılaşması isə məlum deyil.” O, dövləti yükü yüngülləşdirməyə, özəl sektora diqqət ayırıb onun üçün bütün yolları açmağa, onun inkşafının qarşısını alan qanunlara yenidən baxıb həmin qanunları asanlaşdırmağa səsləyib.

Seyid Safi qeyd edib ki, özəl sektoru inkşaf etdirib ona diqqət ayırmaq ölkəyə müsbət təsir edəcək. Bu, dövlətin icra və qanunvericilik baxımından dəstək verdiyi təqdirdə, ona bir çox problemləri həll etməkdə yardım edəcək.

Mərcəiyyət nümayəndəsi sözünün davamında “vaxtdan istifadə etmək mədəniyyəti”- nin təbliğ olunmasının və bunda ifrata yol verən “məmurlar”- ın cəzalanmasının zəruriliyini vurğulayıb. O, deyib ki, “vaxta həris olmaq və onu israf etməmək” mədəniyyətinin təbliğ olunması, vəzifə islahatlarına doğru atılmış mühüm addımlardandır.