Seyid Sistani cənablarının dəftərxanasının Minada baş vermiş faciə ilə bağlı bəyənatı

Bismillahir-rəhmanir-rəhim

Biz Allahınıq və Ona tərəf qayıdacağıq.

Biz dərin kədər və ağrı hissi ilə - dünən - Minada baş vermiş faciəli xəbəri eşitdik. Son xəbərlər, bu faciədə Allah evini həcc edən çox sayda ziyarətçinin - onların arasında yüzlərlə iranlı ziyarətçi də var - həyatını itirdiyini və yaralandığını bildirir.

Biz bu ağır müsibətlə bağlı zəmanənin sahibinə və imamına (ruhumuz ona fəda olsun!), həmçinin faciə nəticəsində əzizlərini itirmiş ailələrə dərin hüznlə başsağlığı verir, Uca Allahdan həyatlarını itirənlər üçün sonsuz mərhəmət və bağışlanma, yaralılara isə şəfa diləyirik!

Ümid edirik ki, gələcəkdə bu cür kədərli və acı faciələrin bir daha baş verməməsi üçün lazım olan bütün tədbirlər görüləcək. Güc və qüdrət yalnız uca və əzəmətli Allahladır.

11-Zil-hiccə 1436 h.q. ili

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistaninin dəftərxanası

Nəcəf-Əşrəf şəhəri