Ayətullah Sistani BMT-nın İraqdakı nümayəndəsini qəbul edib

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Sistani BMT-nin İraqdakı nümayəndəsi Yan Kobişi Nəcəf şəhərində qəbul edib.

İraqın xəbər portallarının verdiyi məlumata əsasən, müctəhid Sistani BMT-nin İraqdakı xüsusi nümayəndəsi Yan Kobişi bazar günü səhər Nəcəf şəhərində yerləşən evində qəbul edib.

Görüş əsnasında ölkədəki siyasi vəziyyət, təhlükəsizlik məsələləri və məcburi köçkünlər barədə müzakirələr aparılıb.

BMT-nin İraqdakı xüsusi nümayəndəsi Yan Kobişin Nəcəf şəhərinə bazar günü səhər gəldiyi bildirilir.