Ayətullah Sistani Şeyx Nimrin edam edilməsini pisləyərək onu “zülm” və “düşmənçilik” adlandırıb

Bismillahir-rəhmanir-rəhim

Biz Allahınıq və Ona tərəf qayıdacağıq

Əzizlərimiz, hörmətli Qətif əhalisi (Allah onları qorusun!), əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Məntəqədə bir dəstə mömin qardaşımızın şəhid edilməsi xəbərini dərin hüzn və kədər hissi ilə qarşıladıq. Onların pak qanları - aralarında mərhum alim Şeyx Nimr əl-Nimr olmaqla - zülm və düşmənçiliklə axıdılmışdır.

Biz bunu, qətiyyətlə və kəskin şəkildə pisləyirik. Bu böyük müsibətlə bağlı sizlərə, ələl-xüsus əzizlərini faciəli şəkildə itirmiş ailələrə dərin hüznlə başsağlığı və təsəlli verir, uca və qüdrətli Allahdan şəhidləri Öz rəhmətinə daxil etməsini, onları Məhəmməd (s) və onun pak ailəsi ilə həşr etməsini, yaxınlarına səbir və təskinlik əta etməsini diləyirik.  Güc və qüdrət yalnız uca və əzəmətli Allahladır.

22 – Rəbiul-əvvəl – 1437

3 – Yanvar – 2016