Seyid Şəhristani Dəməşqdə Xanım Zeynəbin (ə) və Xanım Rüqəyyanın (ə) müqəddəs türbələrini ziyarət edib

Ayətullah-Uzma Seyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Hüccətül-İslam vəl-müslimin Seyid Cavad Şəhristani və onu müşayət edən heyət Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən Xanım Zeynəbin (ə) və Xanım Rüqəyyanın (ə) müqəddəs türbələrini ziyarət edib.

Seyid Şəhristani “Zeynəbiyyə” məntəqəsində dini təhsil ilə məşğul olan tələbə və müəllim heyəti ilə görüş keçirmişdir.