Ayətullah Seyid Sistani BMT baş katibinin nümayəndəsi Yan Kubitişini qəbul edib
Ayətullah Seyid Sistani cənabları (kölgəsi əskik olmasın) Birləşmiş Millətlər Təşkilatının baş katibinin nümayəndəsi Yan Kubitişini İraqdakı səlahiyyətinin bitməsi münasibəti ilə qəbul etmişdir.
Cənab Seyid bu bu görüşdə qeyd etmişdir ki, yeni hökumətin öhdəsinə böyük məsuliyyət düşür. O, yeni hökumətin işlərində, xüsusilə də, fəsadla mübarizə, işsiz insanlar üçün iş yerlərinin təmin edilməsi, müharibə dövründə zərərçəkmiş bölgələrin abadlaşdırılması, qaçqınların layiqli şəkildə öz yaşayış yerlərinə qaytarılması və vətəndaşlara zəruri xidmətlərin göstərilməsi kimi sahələrdə uğur qazanmasını gözləyir. Vəziyyətin yaxşılaşdırılması yolunda doğru addımların atılması üçün parlamentdə təmsil olunan siyasi partiyaların yeni hökumətlə əməkdaşlıq etməsinin zəruriliyini vurğuladı.
Həmçinin bütün dövlətlərin İraq hakimiyyətinə hörmətlə yanaşmalarının və daxili işlərinə müdaxilə etməmələrinin əhəmiyyətini çox təkid etdi.