admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Qəza namazları

Sual: Mənim qəza namazlarımın sayı çoxdur. Onların dəqiq sayını da bilmirəm. Nə qədər namaz qılmağım lazımdır? Onları qılarkən ardıcıllığı gözləmək lazımdırmı? Misal üçün əvvəlcə zöhr namazını sonra isə sübh namazını qılmaq olarmı?

Cavab: Tövbə edin və Allahdan bağışlanmaq diləyin. Qılmadığınız namazların qəzası vacibdir. Əgər qəza olmuş namazların sayında şəkkiniz varsa, əmin olacağınız say qədər qılsanız kifayətdir. Qəza namazlarında tərtib (ardıcıllıq) vacib deyil. Yalnız eyni günün zöhr və əsr namazları və yaxud bir günün şam və işa namazlarını qılarkən tərtib lazımdır.

Sual: Dovşan əti yemək icazəlidirmi?

Cavab: Haramdır.

Sual: Qaban əti yemək icazəlidirmi?

Cavab: Haramdır.

Sual: Bəzi balıqların pulu olub-olmamasında şəkk edirik, belə balıqları yemək olarmı?

Cavab: Belə balıqları yemək icazəli deyil.

Sual: Kenquru və zürafənin ətini yemək olarmı?

Cavab: Ehtiyat vacibə əsasən yeyilməsi icazəli deyil.

Sual: Mən hər həftə sonu doğulduğum rayona ana-atamı görməyə gedirəm. Sualım budur ki, orada namazım tamamdır yoxsa qəsrdir?

Cavab: Əgər əsl vətəninizdən gələcəkdə yaşamaq üçün bir daha oraya gayıtmayacağınıza əmin olacaq qədər birdəfəlik oranı tərk etmisinizsə namazınız orada qəsrdir. Amma orada 10 gün qalmaq niyyətiniz olarsa, namazınız orada tamam qılınmalıdır.

Bəli, əgər o şəhərdə çox olursunuzsa, yəni ildə üst-üstə 90 gecə-gündüz (ayrı-ayrı olsa da) orada qalırsınızsa, vətən hökmündədir.

Sual: Hansı hallarda insana "kəsirus-səfər" (səfəri çox olan insan) deyilir. Səfəri çox olanların namaz və orucları necədir?

Cavab: Əgər hər ay ən azından 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox bu gedişatı davam etmək istəyirsinizsə, “kəsirus-səfər” sayılırsınız. Belə olduqda bütün səfərlərinizdə (ziyarət, istirahət, dərs və işlə bağlı səfərlərdə) namazınız tam və orucunuz səhih olacaqdır. Amma səfəriniz ayda 8 və ya 9 gün olsa, ehtiyat vacibə əsasən bütün səfərlərinizdə namazı həm tamam, həm də qəsr qılmalı, həmçinin, həm oruc tutmalı, həm də qəzasını yerinə yetirməlisiniz. Lakin səfərdə olduğunuz müddət ayda 7 gün və ya daha az olarsa, belə səfərdə namazlarınız qəsr qılınmalıdır.

Sual: Hansı əşyaların üzərində səcdə etmək olar?

Cavab: Yeyiləcək və geyiləcək şeylərdən başqa, yer və yerdə bitənlər, məsələn, ağac və ağac yarpağının üzərinə səcdə etmək icazəlidir. Arpa, buğda kimi yeyilən, pambıq kimi geyilən, habelə yeyilməyən və geyilməyən, amma yerdən hesab olunan qızıl, gümüş və bu kimi şeylərə səcdə düzgün deyildir. Amma əlacsız qaldıqda qır və zəft (qırın maye növüdür) kimi əşyaların üzərinə səcdə etmək, üzərində səcdə düzgün olmayan digər şeylərə nisbətdə daha üstündür.

Üzüm yarpağının üzərinə yumşaq (təzə) vaxtında və yeyilməsi mümkün olan vaxtda səcdə icazəli deyildir. Bu haldan başqa ona səcdə etməyin eybi yoxdur.

Ot və saman kimi heyvanların yemi olan, yerdən bitən bitkilərin üzərinə səcdə düzgündür.

Yeməli olmayan güllərin üzərinə səcdə etmək düzgündür. Hətta yeməli dərmanların, yerdən göyərən qaynadılaraq suyu içilən, dərman kimi istifadə olunan bənövşə və mal dili gülünün üzərinə səcdə düzgündür. Həmçinin qoz və püstənin ləpəsi çıxarıldıqdan sonra qabığının, xurma kimi meyvələrin ləti yeyildikdən sonra dənəsinin üzərində səcdə etmək düzgündür.

Bəzi məntəqələrdə yeyilməsi adət olunan, bəzi şəhərlərdə isə, yeyilən bitkilərdən sayılmasına baxmayaraq, yeyilməsi adət olmayan bitkilər üzərində, həmçinin yetişməmiş meyvə üzərinə səcdə etmək ehtiyata əsasən icazəli deyildir.

Əhəng daşı və tabaşir üzərinə səcdə etmək düzgündür. Bişmiş təbaşirə, əhəngə, kərpicə və palçıqdan düzəlmiş kuzə üzərində səcdə etməyin eybi yoxdur.

Üzərində səcdə edilməsi düzgü olan şeylərdən, məsələn, ağac və samandan düzəldilmiş kağız üzərinə səcdə etmək olar. Kağız pambıq və kətandan düzəldilmiş olarsa da, hökm eynidir. Amma əgər ipəkdən və bu kimi şeylərdən düzəldilmiş olarsa, onun üzərində səcdə icazəli deyildir. Amma kağız dəsmala (salfetkaya) o halda səcdə etmək olar ki, onun üzərinə səcdə etməyin düzgün olan şeylərdən düzəldilmiş olduğu məlum olsun.

Yer üzərində səcdə etmək başqası üzərində səcdə etməkdən daha yaxşıdır. Torpaq üzərində səcdə etmək başqasına nisbətdə daha yaxşıdır. Hamısından daha yaxşısı isə Həzrət İmam Hüseynin (əleyhissəlam) türbətidir.

Heyvanların yediyi bitkilərin üzərində səcdə etməyin eybi yoxdur.  

Sual: Səfərdə namaz və orucun hökmü necədir? Çox səfərə çıxanların (kəsirus-səfər) namaz və orucu necədir?

Cavab: Əgər hər ay ən azı 10 gün səfərə gedirsinizsə, yaxud səfərdəsinizsə və 6 ay və yaxud daha çox belə davam etmək istəyirsinizsə, “kəsirus-səfər” (çox səfər edən) sayılırsınız. Bütün səfərlərinizdə namazınız tam qılınmalı və orucunuz tutulmalıdır. Amma səfəriniz ayda 8 və ya 9 gün olarsa, ehtiyat vacibə əsasən bütün səfərlərinizdə namazı həm tamam və həm qəsr qılmalısınız. Həm oruc tutmalı, həm də qəzasını yerinə yetirməlisiniz. Lakin 7 gün və ya daha az olsa, bu səfərdə namazlarınız qəsr qılınmalı və oruclarınız düzgündür. a

Nikah əqdi

Sual: Evlənərkən oğlanla qızın razılığı kifayətdir, yoxsa nikah əqdinin oxuması mütləq lazımdır? Nikah əqdini insan özü oxuya bilərmi yoxsa mütləq üçüncü şəxs bunu oxumalıdır?

Cavab: Həm daimi həm də müvəqqəti nikahda əqd oxumaq mütləq lazımdır. Təkcə kişi ilə qadının razı olması kifayət deyil. Həmçinin yazmaq da – ehtiyat vacibə əsasən – kifayət etmir. Nikah əqdini ya kişi ilə qadının özü oxumalı ya da onların tərəfindən oxuması üçün bir nəfəri oxumaq üçün vəkil tutmalıdırlar. Həmçinin nikah əqdini oxumazdan qabaq mehriyyə və (müvəqqəti evlilikdirsə) müddəti təyin etmək lazımdır.

Oruc və iş

Sual: Mən işləyirəm. Orucluqda oruc tutub işləmək mənim üçün çətindir. Bəzən zəiflikdən halım pisləşir. İşləməsəm də ailəmin tələbatını ödəyə bilmirəm. Vəzifəm nədir?

Cavab: Əgər oruc tutmaq insanın dolanışığının asılı olduğu işə mane olursa, məsələn, işləməyin mümkün olmayacağı dərəcədə zəifliyə səbəb olarsa və ya dözülməz dərəcədə susuzluğa səbəb olursa, belə bir vəziyyətdə iş yerini dəyişmək və ya işələməyib dolanışığını digər pulla və ya borcla təmin edə bilərsə, oruc tutmaq ona vacibdir. Əks təqdirdə orucun vaciblik hökmü ondan götürülür. Lakin bu halda vacib ehtiyata əsasən işin zəruriliyinin tələb etdiyi, zəiflik və məşəqqəti dəf etmək üçün az miqdarda su işmək və yemək yeməklə kifayətlənsin.Sonradan oruc tutmadığı günlərin qəzasını yerinə yetirmək ona vacibdir. Onun öhdəsində isə kəffarə yoxdur.

9 -dən səhifə 93